“Monnalisa” alıcılarına xoş anlar yaşatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Monnalisa” alıcılarına xoş anlar yaşatdı - FOTO

S.Xankişiyeva12:00 - 02 / 11 / 2021
“Monnalisa” alıcılarına xoş anlar yaşatdı - FOTO

Dünyaca məşhur italyan uşaq geyim brendi olan “Monnalisa”nın Bakı filialı alıcılarına xoş anlar yaşadıb.

Oktyabrın 29-da baş tutan “Little designers of Monnalisa” adlı tədbirdə böyükdən kiçiyə hər kəs həm əylənib, həm də alış-veriş edib.

Analar “Monnalisa”nın yeni kolleksiyası ilə tanış olub, övladlarına yeni geyimlər seçib, uşaqlar isə onlar üçün ayrılmış guşədə öz bacarıqlarını nümayiş etdirib.

Daha sonra balacalar brendin bir-birindən fərqli, rəngarəng və göz oxşayan geyimlərində “brend-wall”da kameralara poz verib. Onlar bir neçə dəqiqəlik əsl ulduz həyatı yaşayıb!

“Monnalisa”nın payız-qış kolleksiyasında uşaqları əlvan çiçəklər, kəpənəklər, dəbli geyim və xoş əhval gözləyir. Siz burada övladlarınızın özəl günləri üçün boz və mavi çalarların ahəngindən ibarət zərif don, onların ayaqlarını sərt soyuqlardan qoruyacaq isti xəzdən hazırlanmış çəkmələr, istər klassik, istərsə də sport üslubla uyğunlaşan palto, isti və yumşaq gödəkçə tapa bilərsiniz.

Brendin ən diqqət çəkən kolleksiyalarından biri “Mini me”dir. Belə ki, bu kolleksiyaya daxil olan uşaq geyimlərinin analar üçün də analoqu var. Təbii materiallardan hazırlanmış “Bebe” kolleksiyası isə yeni doğulmuş körpələr üçün mükəmməl seçimdir. Mağazada, həmçinin məşhur italyan bloqer, model və dizayner Chiara Ferragni-nin xüsusi kolleksiyası var. Bundan əlavə, brendin “Cartoon Network”la əməkdaşlıq etməsi sayəsində cizgi filmi personajlarının yer aldığı əyləncəli “Powerpuff” kolleksiyası satışdadır.

Qeyd etmək lazımdır ki, “MyBrands” mağazalar şəbəkəsinə daxil olan “Monnalisa” brendi 1968-ci ildən, Bakı filialı isə 2010-cu ildən fəaliyyət göstərir və 1 aydan 16 yaşadək uşaqlar üçün eksklüziv geyim və aksessuarlar təqdim edir. Bu geyimlər həm qızlar, həm də oğlanlar üçün nəzərdə tutulub. Peşəkar dizaynerləri sayəsində “Monnalisa” brendi “luxury” seqmentində geyim istehsalı üzrə dünya liderlərindən biridir. Ən əsası – “Monnalisa” böyüklər üçün olan dəbi təkrarlamır, tam yeni modellər ərsəyə gətirir.

Qeyd edək ki, “MyBrands” mağazalar şəbəkəsinə aşağıdakı brendlər daxildir: “Calvin Klein”, “Liu JO”, “Coccinelle”, “Tommy Hilfiger”, “Bebe”, “Adidas”, “OVS”, “Pablosky”, “Lacoste”, “Monsoon”, “Accessorize”, “United Colors of Benetton”, “Benetton Kids”, “adL”, “Love My Body”, “Sisley” və s.

“Monnalisa” brendinin Bakı mağazası Rəsul Rza küçəsi, 4 ünvanında yerləşir. Əlaqə nömrəsi: (050) 275 93 15.

“Monnalisa”nın yenilikləri haqda mağazanın instaqram (@monnalisa.baku) səhifəsindən, həmçinin mybrands.az saytından əldə edə bilərsiniz.

“Monnalisa” - bizimlə parlaq və dəbli ol!

Reklam hüququnda

Paylaş:
1773

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər