COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb

Qafar Ağayev10:26 - 03 / 11 / 2021
COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb

Noyabrın 2-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 60 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 96 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
355

Son xəbərlər

Bütün xəbərlər