Azercell-dən avtomatik balans artırılması imkanı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell-dən avtomatik balans artırılması imkanı – FOTO

S.Xankişiyeva17:25 - 05 / 11 / 2021
Azercell-dən avtomatik balans artırılması imkanı – FOTO

“Birbank” mobil tətbiqində lider operatorun abunəçiləri üçün avtomatik ödəniş xidməti yaradılıb.

5 milyondan artıq abunəçinin seçimi olan “Azercell Telekom” istifadəçilərinin həyatını rahatlaşdırmaq üçün yeni texnoloji həlləri hazırlamaqda davam edir. Gündəlik iş və məişət qayğıları bəzən mobil nömrənin balansına vaxtlı-vaxtında nəzarət etməyə əngəl törədir. Məhz bu prosesi sadəlişdirmək üçün Azercell-in təqdim etdiyi növbəti yenilik bütün Azercell Fakturasız Xətt abunəçilərinə öz nömrələrində balansı avtomatik artırmağa imkanını verir.

Noyabr ayından etibarən Azercell şirkəti “Kapital Bank” ASC-nin “BirBank” mobil tətbiqin daxilində “Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verməklə abunəçiləri üçün mobil tətbiqə bağlı olan bank kartı hesabından avtomatik qaydada nömrəsinin balansına ödənişləri həyata keçirməyi mümkün etdi.

Ödənişləri bir neçə meyara uyğun olaraq tənzimləmək mümkündür. Abunəçi istərsə, ödəniş üçün müəyyən tarix seçə bilər. Bu zaman hər ay həmin tarixdə nömrənin balansı avtomatik olaraq “Birbank” tətbiqində qeydiyyatda olan bank hesabından artırılacaq.

Avtomatik ödəniş üçün digər meyar - mobil nömrənin balansının minimum müəyyən edilmiş həddə çatması ilə bağlıdır. Bu funksiya seçildiyi halda, nömrənin balansı həmin həddə çatdıqda, avtomatik olaraq ödəniş baş tutacaq.

Abunəçi avtomatik ödəniş üçün mobil nömrə balansının son istifadə tarixini də seçə bilər. Abunəçilər bu xidməti aktivləşdirmək üçün “BirBank” mobil tətbiqində müvafiq imkanlardan birini seçməlidirlər. Qeyd edək ki, bu imkan ilk olaraq Azercell Fakturasız Xətt abunəçiləri üçün istifadəyə verilib.

Avtomatlaşdırılmış balans artırılması xidmətinin tətbiqi abunəçilərin vaxtına qənaət etməsinə imkan yaradır, onların işini asanlaşdırır. Artıq abunəçilərin daim balansı izləməsinə, balansın tükənməsi və istifadə imkanın aşılması üzündən xəttin bağlanması kimi məqamlar üçün narahat olmasına lüzum qalmır. Avtomatik ödəniş xidməti aktivləşdirib müvafiq meyarlardan birini seçməklə Azercell Fakturasız Xətt abunəçisi nömrəsinin daim işlək olmasından əmin olacaq.

Müştəri məmnuniyyətini öz işinin əsas prinsipi hesab edən Azercell gündəlik həyatı rahatlaşdıran rəqəmsal xidmətlərin çeşidini artırmağı qarşısına məqsəd qoyub.

Reklam hüququnda

Paylaş:
458

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər