İtaldizain şirkəti Zəfər Günü ərəfəsində Qarabağ müharibəsi veteranlarını təbrik edib - FOTO

Azərbaycan müasir dünya tarixində bütün xalqımız üçün ən əlamətdar hadisəyə çevrilmiş Böyük Qələbənin birinci ildönümünü qeyd edir.
Bayram ərəfəsində İtaldizain şirkəti Qarabağ müharibəsində iştirak etmiş əməkdaşlarını qürur hissi ilə təbrik edib. Şirkətin rəhbəri Elçin Zeynalov onlara şəxsən təşəkkür edərək hər bir veterana təltif lövhəsi və xatirə hədiyyələri təqdim edib.
Hədiyyələrdən biri “Böyük Qələbənin birinci ildönümü şərəfinə” sözlərinin həkk edildiyi saat idi.
Azərbaycanın tarixi qələbəsində əvəzsiz xidmətlərinə görə Coincasa mağazasının əməkdaşları Fuad Sahibov və Altun Eyvazlı “Cəbrayılın azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif ediliblər. Villeroy & Boch mağazasının əməkdaşı Ramil Quluzadə “Cəbrayılın azad edilməsinə görə” və “Xocavənd şəhərinin azad edilməsinə görə” medalları ilə təltif edilib. Xtravaganza butikinin əməkdaşı Quliyev Hümbət də Cəbrayıl və Xocavənd şəhərlərinin azad edilməsində iştirak edib.
Italdizain şirkəti öz veteranları ilə fəxr edir.
Azərbaycanın qəhrəmanlarına eşq olsun! Zəfər Günümüz mübarək!











