“Vətən müharibəsinin bir ili: Postmüharibə dövrünə baxış və gözləntilər” - SORĞU | 1news.az | Xəbərlər
Cəmiyyət

“Vətən müharibəsinin bir ili: Postmüharibə dövrünə baxış və gözləntilər” - SORĞU

Qafar Ağayev12:08 - 07 / 11 / 2021
“Vətən müharibəsinin bir ili: Postmüharibə dövrünə baxış və gözləntilər” - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi 24 oktyabr-5 noyabr 2021-ci il tarixlərində ölkə əhalisi arasında telefon sorğusu keçirib.

1news.az xəbər verir ki, sorğu bütün iqtisadi rayonları əhatə edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 4.4% təşkil edib. Tədqiqatda müharibə və onun hərbi-siyasi yekununa dair baxışlar və postmüharibə dövrünün reallıqları və vətəndaşların gözləntiləri istiqamətində suallar verilib.

Müharibə və onun hərbi-siyasi yekununa dair baxışlar

Sorğuda iştirak edən respondentlərin yarıya yaxını (43.7%) 2020-ci ilin ilk 6 ayında yaxın gələcəkdə Ermənistanla müharibə ehtimalı düşüncəsində olmayıb. Bundan fərqli olaraq hər üç nəfərdən biri (37.9%) ötən yarım ildə Ermənistanla müharibənin olacağı qənaətinə hakim idi. Sözügedən qənaət barədə heç bir fikri olmayanlar isə ümumi rəyi öyrənilənlərin 18.4%-ni təşkil edir.

Seçmənin mütləq əksəriyyətinin (68.7% “tam inanırdım” və 17.2% “qismən inanırdım”) müharibədən əvvəl Azərbaycanın Ermənistanın nəzarətində olan torpaqlarını qaytara biləcəyinə bu və ya digər dərəcədə inamı vardı. 14.1% isə torpaqlarını qaytara biləcəyinə inanmırdı.

Vətən müharibəsinin nəticələrinə dair gözləntiləri özündə əks etdirən ictimai rəy sorğusuna əsasən, rəyi öyrənilənlərin bu istiqamətdə mövqeyi müharibənin yekunları ilə uzlaşır. Respondentlərin mütləq əksəriyyəti (99.3%) gözləntilərinin müxtəlif dərəcələrdə reallaşdığını bildiriblər. Belə ki, Vətən müharibəsinin nəticələrinə dair gözləntilər əhalinin 87.1%-nin nəzərində özünü tam doğrultsa da, 12.2% respondentin müharibənin nəticələri ilə bağlı gözləntiləri qismən reallaşıb.

Əhalinin mütləq əksəriyyəti (97.6%) özünü qalib ölkənin vətəndaşı kimi hiss edir.

Rəyi öyrənilənlərin əksəriyyəti yenidən müharibə başlayacağı təqdirdə özünün və ya ailə üzvlərinin (müvafiq olaraq 84.1% və 76.6%) döyüşə gedəcəyini bildirib.

Ermənistanın 10 noyabr tarixli Birgə Bəyanatın bəndlərinin yerinə yertirməməsi ilə zaman-zaman gündəmə gələn yenidən müharibə ehtimalını 25.5% respondent istisna etməyib. Bunun əksinə olaraq, əhalinin böyük hissəsi (70.2%) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin yenidən alovlanmayacağını düşünür.

Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına 54,4% (28.1% “tamamilə inanıram”, 26.3% “qismən inanıram) respondent bu və ya digər dərəcədə inanır. Hər dörd respondentdən birinin (27.0%) yekun sülh sazişinin yaxın gələcəkdə imzalanmasına heç inamı yoxdur. 15.0%-in isə bu barədə ümumiyyətlə hər hansı məlumatı yoxdur.

Postmüharibə dövrünün yeni reallıqları və gözləntiləri

Ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bölgədə təhlükəsizlik məsələlərinə ictimai rəy sorğusunun nəticələrinə nəzərə yetirdikdə, respondentlərin mütləq əksəriyyəti bölgənin təhlükəsizliyindən müxtəlif dərəcələrdə razıdır. Mühüm bir hissə, respondentlərin əksəriyyəti (75.3%) bölgənin təhlükəsizliyi ilə bağlı tam razılığını ifadə edib. Respondentlərin 15.3%-i bölgənin təhlükəsizliyindən qismən razı olsuğunu bildirib.

Rəyi soruşulanların mütləq əksəriyyəti qələbədən sonra ölkədəki vəziyyətlə gözləntilərinin özünü doğrultduğunu bildirmişdir. Belə ki, respondentlərin 73.0%-i qələbədən sonra ölkədəki vəziyyətlə bağlı gözləntilərinin özünü tam doğrultduğunu, 18.7% isə qismən doğrultduğunu deyib. 8.3% isə gözləntilərinin heç birinin reallaşmadığını bildirib.

İctimai rəyin nəzərində Azərbaycanın hərbi sərkərdəsinin rəhbərliyi ilə XXI əsrdə müharibədə qalib gələn yeganə ölkə olması (92.6%); Xalq-dövlət-ordu birliyinin (66.5%) güclənməsi; eləcə də beynəlxalq aləmdə Azərbaycanın hərbi-siyasi nüfuzunun artması (42.8%) Vətən müharibəsində əldə olunan qələbənin əsas uğurları olaraq dəyərləndirilib. Maraqlıdır ki, hər dörd respondentdən biri qələbənin əsas uğurları sırasında xarici ölkələrdən Qarabağa qanunsuz yük daşımalarının qarşısının alınmasını görür. Qələbənin xarici investisiyalar cəlb etmək üçün yeni imkanları formalaşdırdığını və Gorus-Qafan yoluna Azərbaycanın nəzarət etməsini təmin etdiyini müvafiq olaraq 14.9% və 10.9% respondent qeyd edib.

Ümumiyyətlə, 87.8% respondent işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış istiqamətində gedən genişmiqyaslı bərpa və quruculuq işləri ilə maraqlanır. 12.2% respondentin gedən bərpa və quruculuq işləri ilə tanış olmağa marağı yoxdur.

Bununla yanaşı, respondentlərin mütləq əksəriyyəti bu istiqamətdə gedən işləri müxtəlif dərəcələrdə səmərəli hesab edir. Belə ki, respondentlərin böyük əksəriyyəti (84.0%) bu istiqamətdə gedən işləri çox səmərəli hesab etdiyi halda, 15.0% respondent azad ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsini qismən səmərəli qiymətləndirdiyini ifadə edib.

Azərbaycanın məcburi köçkün olmayan vətəndaşlarının Qarabağa getməklə bağlı fikirlərini öyrənmək üçün onların işğaldan azad olunmuş ərazilərə necə getmək istədikləri soruşulub. Respondentlərin yarıya yaxını və ya 44.7%-i Qarabağa yalnız turist kimi sırf həmin yerləri görmək və orda istirahət etmək üçün gedəcəyini bildirub. Çox maraqlı nəticədir ki, məcburi köçkün olmayan vətəndaşların hər dörd nəfərdən biri, başqa sözlə 22.3% respondent Qarabağa daimi yaşamaq üçün gedəcəyini bildirib. Yalnız iş məqsədləri ilə bağlı müvəqqəti yaşamaq üçün gedə biləcəyini deyənlərin göstərici 11.6%-dir. 18.6% respondent isə bu barədə düşünmədiyini deyib.

Paylaş:
440

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər