PAŞA Holding və Bravo marketlər şəbəkəsi tərəfindən əsgərlərə qida bağlamaları təqdim edilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding və Bravo marketlər şəbəkəsi tərəfindən əsgərlərə qida bağlamaları təqdim edilir - FOTO

19:53 - 08 / 11 / 2021
PAŞA Holding və Bravo marketlər şəbəkəsi tərəfindən əsgərlərə qida bağlamaları təqdim edilir - FOTO

PAŞA Qrup şirkətləri korporativ sosial məsuliyyət yönümlü fəaliyyətlərinə davam edirlər.

Belə ki, 8 noyabr Zəfər günündə PAŞA Holding və Bravo marketlər şəbəkəsi, hazırda işğaldan azad edilmiş ərazilərdə olan əsgər və zabitlərə qida bağlamaları təqdim edib. Sözügedən fəaliyyət çərçivəsində bağlamalar, Ağcabədi, Ağdam, Göranboy, Qubadlı, Cəbrayıl, Xocavənd, Kəlbəcər və Laçın rayonları, eləcə də Şuşa şəhərinə göndərilib. Qeyd edək ki, ümumilikdə bağlamaların sayı 23,000 pay təşkil edib.

PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayıb ki, fəaliyyət göstərdikləri ölkələrə dəstək, PAŞA Qrup şirkətlərinin KSM strategiyasının əsas fokuslarındandır. “Həm işğaldan azad edilən ərazilərin bərpasına töhfə vermək, həm müharibə zamanı maddi-mənəvi zərər çəkən ailələrə dəstək göstərmək, həm də torpaqlarımızın azad edilməsində birbaşa rolu olan və hazırda bu torpaqların keşiyində duran əsgər və zabitlərə mənəvi dayaq olmaq bizim üçün prioritetdə olan məsələlərdir” - deyə cənab Qasımov bildirib. Cəlal Qasımov eyni zamanda bütün Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Ali Baş Komandanı başda olmaqla, bütün əsgər və zabit heyətinə, eləcə də qələbədə payı olan hər bir vətəndaşa öz dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, PAŞA Holding və onun törəmə şirkətləri müharibə zamanı da sosial məsuliyyət yönümlü fəaliyyəti ilə fərqləniblər. Bundan əlavə, ötən il Holdinq, ölkəmizin milli mənəvi dəyərlərini yaşatmaq idealogiyasına sadiq qalaraq, həmvətənlilərimiz arasında qələbə sevinci və milli vətənpərvərlik ruhunun artırılmasına öz töhfəsini vermək məqsədilə, Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyəti Alim Qasımovun əsərinin ərsəyə gəlməsinə də dəstək göstərmişdir.

Sözügedən Zəfər mahnısını burada dinləyə bilərsiniz.

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər