Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb - VİDEO

12:55 - 09 / 11 / 2021
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb - VİDEO

8 noyabr – Zəfər Günü tarixində Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən 1news.az-a verilən xəbərə görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.

Tədbirdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan icma nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər