Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA

Qafar Ağayev17:38 - 10 / 11 / 2021
Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Xidmətdən 1news.az-a bildirilib ki, küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları və Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzərdə dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər