Bakı-Sumqayıt qatarının şüşəsi növbəti dəfə daşla sındırıldı - Polis azyaşlıları saxladı - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt qatarının şüşəsi növbəti dəfə daşla sındırıldı - Polis azyaşlıları saxladı - FOTO - VİDEO

Qafar Ağayev12:05 - 10 / 11 / 2021
Bakı-Sumqayıt qatarının şüşəsi növbəti dəfə daşla sındırıldı - Polis azyaşlıları saxladı - FOTO - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.

1news.az xəbər verir ki, nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyətı üçün real təhlükə yaranıb. Eyni hal car ilin noyabr ayının 4-ü və 6-sı iki dəfə təkrarlanıb.


Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən hadisələri törədən şəxslər qısa zamanda müəyyən edilərək saxlanılıblar.


Qeyd edək ki, hərəkətdə olan qatarlara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlərin ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb və onlar törətdikləri hadisələri etiraf ediblər.


Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzəridə nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.

Paylaş:
959

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər