Azərbaycanda maşın dəmir yolunda söndü, qatar vurub bu hala saldı - FOTO

Bu gün səhər saatlarında "Lada Priora" markalı avtomobili qatar vurub.
1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Xızı rayonu Şorabad kəndi ərazisində baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilin ön hissəsinə ziyan dəyib. Məlumata görə, avtomobil qatar yolu üzərində anidən sönüb. Bu an qarşıdan gələn qatar avtomobili vurub.
1news.az
433