Dəniz Mall-da Zəfər Günü xüsusi qeyd ediləcəkdir

Şanlı Qələbəmizin birinci ildönümü Dəniz Mall Ticarət və Əyləncə mərkəzində təntənəli qeyd olunacaq.
Zəfər Günü münasibətilə ticarət mərkəzində sərgi təşkil ediləcəkdir. “Böyük Qələbə uşaqların gözü ilə” adlanan sərgidə 8-13 yaşlı uşaqların mövzu ilə bağlı rəsmləri nümayiş etdiriləcəkdir. Sərginin keçirilməsində əsas məqsəd uşaqlara vətənpərvərlik ruhunun və Zəfər Gününün xalqımız üçün önəminin aşılanmasıdır. Sərgidə rəsmləri nümayis etdirilən uşaqlar müxtəlif həvəsləndirici hədiyyələrlə mükaflandırılcaqlar.
Bakı Kamera orkestri, uşaq və böyüklərdən ibarət xor illərdi gözlədiyimiz bayrama möhtəşəm rəng qatacaq.
Tədbir çərçivəsində Dəniz Mall-da yerləşən fontanda unikal su şousunun göstərilməsi nəzərdə tutulub.
Zəfər Günü abu-havasını hiss etmək üçün hər kəsi Dəniz Mall Ticarət və Əyləncə mərkəzini ziyarət etməyə dəvət edirik.