Bakıda intihara cəhdin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda intihara cəhdin qarşısı alınıb

09:32 - 18 / 11 / 2021
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

1news.az

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər