Bu ay narkotik satışı ilə məşğul olan 27 nəfər saxlanılıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ay narkotik satışı ilə məşğul olan 27 nəfər saxlanılıb – FOTO – VİDEO

S.Xankişiyeva14:25 - 19 / 11 / 2021
Bu ay narkotik satışı ilə məşğul olan 27 nəfər saxlanılıb – FOTO – VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin noyabr ayının 1-dən bu günə kimi rayon ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Həmin şəxslərdən 22-si barəsində məhkəmə orqanları tərəfindən həbs və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan 5 nəfəri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin daxil olmuş məlumat əsasında həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Əfqan Həbibov yaşadığı evdə qanunsuz olaraq odlu silah gizlətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun mənzilinə baxış zamanı müvafiq sənədləri olmayan yivli “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb. Əfqan Həbibov silahı bir müddət əvvəl tapdığını, lakin polis əməkdaşlarına təhvil verməyərək özündə saxladığını bildirib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
493

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər