Buster doza üzrə vaksinasiya olunanların sayı 700 minə yaxınlaşır | 1news.az | Xəbərlər
Cəmiyyət

Buster doza üzrə vaksinasiya olunanların sayı 700 minə yaxınlaşır

S.Xankişiyeva16:51 - 19 / 11 / 2021
Buster doza üzrə vaksinasiya olunanların sayı 700 minə yaxınlaşır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 573 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 902, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 234 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 042 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 512 674, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 678 821 təşkil edir.

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər