Azad edilmiş ərazilərdə indiyədək nə qədər mina və PHS aşkarlandığı məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə indiyədək nə qədər mina və PHS aşkarlandığı məlum olub

17:40 - 22 / 11 / 2021
Azad edilmiş ərazilərdə indiyədək nə qədər mina və PHS aşkarlandığı məlum olub

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan bu il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, işğaldan azad edilmiş ərazilərdə keçən il noyabrın 11-dən bu il noyabrın 22-dək, ümumilikdə, 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 PHS aşkarlanıb.

Bu müddətdə ümumilikdə 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

1news.az

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər