Lənkəran sakininin avtomobilində silah aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəran sakininin avtomobilində silah aşkarlanıb - FOTO

Qafar Ağayev10:08 - 22 / 11 / 2021
Lənkəran sakininin avtomobilində silah aşkarlanıb - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "Vaz 2121" markalı avtomobillə saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, ŞRPŞ-də həmin avtomobilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş ov tüfəngi və həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər