Bakıda körpüdə sürücüləri narahat edən problem aradan qaldırıldı - FOTO
Noyabr ayının 20-21-də Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.
Sürücülərimiz artıq yol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.
609