Yol polisindən qayda pozan sürücülərə xəbərdarlıq: 4 bal, 100 manat cərimə... | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisindən qayda pozan sürücülərə xəbərdarlıq: 4 bal, 100 manat cərimə...

Qafar Ağayev11:22 - 23 / 11 / 2021
Yol polisindən qayda pozan sürücülərə xəbərdarlıq: 4 bal, 100 manat cərimə...

"Günün xüsusən pik saatlarında apardığımız müşahidələr onu deməyə əsas verir ki, bəzi sürücülər yüklənmiş hərəkət istiqamətində səbirsizlik nümayiş etdirir və nəticədə boş hesab etdikəri qarşı hərəkət zolağına çıxmaqla kobud qayda pozuntusuna yol verirlər".

Bunu 1news.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

"Belə əməllərə yol verən sürücülər unutmamlıdır ki, etdikləri qayda pozuntularının mütləq əksəriyyəti müşahidə kameraları və xüsusi texniki vasitələrlə qeydə alınır və bu əmələ görə inzibati qanunvericilik 100 manat məbləğində cərimə və 4 cərimə balı nəzərdə tutur".

Onun sözlərinə görə, belə kobud qayda pozan sürücünün yaratdığı təhlükənin cinayət tərkibli əmələ çevrilməsi, yəni hər hansısa ağır yol-nəqliyyat hadisəsinin baş verməsi isə an məsələsidir: "Məsuliyyətsizlik hər zaman inzibati tənbehlə yekunlaşmır!"

“Bir daha sürücülərdən xahiş edirik ki, özlərini və ətrafdakı insanların həyatını məsuliyyətsizliyin qurbanına çevirməsinlər! Bir daha bütün sürücülərdən və hərəkətin digər iştirakçılarından yol hərəkəti qaydalarına əməl etməyi və intizamlı olmağı xahiş edirik!”, - o vurğulayıb.

Paylaş:
1350

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər