Avtomobil nömrələrinin qiymətləri artırılır - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobil nömrələrinin qiymətləri artırılır - SİYAHI

S.Xankişiyeva12:25 - 24 / 11 / 2021
Avtomobil nömrələrinin qiymətləri artırılır - SİYAHI

Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği dəyişdirilir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün

- müxtəlif seriya - 1500 manatdan 2000 manata;

- eyni seriya - 2500 manatdan 3000 manata;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün

- müxtəlif seriya - 1000 manatdan 1500 manata;

- eyni seriya: 1500 manatdan 2000 manata;

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün

- müxtəlif seriya: 500 manatdan 1000 manata;

- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.

Hazırda isə bu rəqəm 22 manatdır.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Paylaş:
1188

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər