Mobil telefonların yeni qeydiyyat rüsumları belə olacaq - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Mobil telefonların yeni qeydiyyat rüsumları belə olacaq - SİYAHI

S.Xankişiyeva12:41 - 24 / 11 / 2021
Mobil telefonların yeni qeydiyyat rüsumları belə olacaq - SİYAHI

Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə ediən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən aşağıdakı rüsumlar müəyyənləşir:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər