Qiyabi təhsil alan tələbələrə kredit verilməməsinin səbəbi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qiyabi təhsil alan tələbələrə kredit verilməməsinin səbəbi açıqlanıb

17:37 - 26 / 11 / 2021
Qiyabi təhsil alan tələbələrə kredit verilməməsinin səbəbi açıqlanıb

Təhsil nazirinin müavini İdris İsayev qiyabi təhsil alan tələbələrə təhsil tələbə kreditinin verilməməsinin səbəbini açıqlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazir müavini deyib ki, əyani təhsil alan tələbələrin əmək bazarına çıxışı mümkün olmur: “Ancaq qiyabi təhsil alan tələbələrin əmək bazarına çıxmaq və öz təhsil haqqını ödəmək imkanı var. 266 min tələbədən yalnız 13-15 min tələbə qiyabi təhsil alır ki, bu da böyük rəqəm deyil”.

1news.az

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər