Bakı əhalisi arasında nəqliyyatdan istifadə ilə bağlı sorğu keçirildi - NƏTİCƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı əhalisi arasında nəqliyyatdan istifadə ilə bağlı sorğu keçirildi - NƏTİCƏ

Qafar Ağayev14:38 - 30 / 11 / 2021
Bakı əhalisi arasında nəqliyyatdan istifadə ilə bağlı sorğu keçirildi - NƏTİCƏ

Sosial Tədqiqatlar Mərkəzi Bakı şəhəri əhalisi arasında nəqliyyatdan istifadə ilə bağlı telefon sorğusu keçirib.

1news.az xəbər verir ki, sorğuda 1254 respondent iştirak edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 2.8% təşkil edib.

İstifadə edilən nəqliyyat əsas vasitəsi

Sorğuda iştirak edənlərin 793 nəfəri avtobusdan, 461-i nəfəri isə müntəzəm olaraq şəxsi minik avtomobilindən istifadə edir. Ümumiyyətlə, bütün seçmə üzrə avtobus, sifarişli taksi və 1 manatlıq taksilərdən istifadə tezliyi haqqında məlumatlar müvafiq diaqramda göstərilib.

Avtobus istifadəçilərinin 26.7%-i BakuBus, 73.3%-i isə yerdə qalan şirkətlərin idarə etdiyi avtobuslardan istifadə edir. Avtobus istifadəçilərinin mütləq əksəriyyəti (97%-i) getdikləri ünvana çatmaq üçün 1 və ya 2 avtobusa minir.

Avtobusdan intensiv qaydada istifadə edən 793 respondentin 50.6%-i avtobusdan hər gün, 49.4% isə həftədə bir neçə dəfə istifadə edir. Onların arasında müxtəlif tezliklərlə sifarişlə taksidən istifadə edənlərin çəkisi 73.2% təşkil edib. Müntəzəm olaraq şəxsi avtomobil sürən 461 respondentin təxminən 5.2%-i və 7.4%-i müvafiq olaraq həftədə bir neçə gün avtobusdan və sifarişlə taksidən istifadə edir.

Avtobus istifadəçilərinin əsas hissəsi aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanlardır (37.5%). Əsasən bu nəqliyyat vasitəsindən istifadə edənlərin 48.2%-i işləyir, 27.7%-i iş axtarmır və 6.8%-i isə tələbədir. Avtobusdan istifadə edənlərin 70.9%-i isə qadınlardır.

18-25 yaş aralığında olanların 39.7%-i, aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanların isə 44.2%-i avtobusdan hər gün istifadə edir. Aylıq gəlir səviyyəsi 1000 manatdan yuxarı olanların isə hər on nəfərindən (9.7%) biri bu tezlikdə avtobusu seçir. Heç bir halda avtobusdan istifadə etmədiyini deyən 375 respondentin üçdə bir hissəsi (31.5%) aylıq gəlir səviyyəsi 1000 manatdan yuxarı olanlardır.

Əsasən minik avtomobili sürənlərin demoqrafik xarakteristikalarına baxdıqda, aylıq gəlir səviyyəsi artdıqca avtomobil sürücülərinin sayının artdığını müşahidə etmək olar. Məsələn, 461 respondentin 31.5%-i və 22.1%-i aylıq gəlir səviyyələri müvafiq olaraq, 1001+ və 751-1000 manat aralığındadır. İstisna hal kimi aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanların 21%-i üçün minik avtomobili əsas nəqliyyat vasitəsidir. Minik avtomobili sürənlərin 73.3%-i hazırda işləsə də, 10.6%-i iş axtarışındadır. Gender cəhətdən isə avtobuslarda müşahidə edilən vəziyyətin tam əksi qeydə alınıb – sürücülərin 78.5%-i kişilərdir.

Bəs sifarişlə taksilərdən gəlir kateqoriyaları üzrə hansı qruplar daha çox istifadə edir? Burada ayda bir neçə dəfə istifadə edənlərə nəzər yetirək (ən çox seçilən tezlik variantı bu olduğuna görə). Aylıq gəlir səviyyəsi 251-500 və 501-750 manat aralığında olanların demək olar ki, eyni hissəsi (25%) ayda bir neçə dəfə bu nəqliyyat vasitəsindən istifadə edir.

Bütün respondentlərin 24%-i müxtəlif tezliklərlə 1 manatlıq taksilərdən istifadə edir. Avtobusdan istifadə edənlərin 32%-i, şəxsi avtomobil istifadə edənlərin 15.4%-i 1 manatlıq taksilərdən müxtəlif tezliklərlə istifadə edir. Ümumilikdə respondentlərin 1 manatlıq taksilərdən istifadəsinə əsas səbəb kimi qiymətin münasib olması (33.0%) və səfər müddətinin daha qısa olması (22.7%) göstərilib. Maraqlıdır ki, avtobusdan istifadə edənlər arasında bu fikirlər daha geniş yayılıb - qiymətin münasib olması (49.6%) və səfər müddətinin daha qısa olması (34.9%).

Rəyi öyrənilənləri narahat edən əsas üç məqam müntəzəm olaraq istifadə edilən nəqliyyat vasitəsindən asılı olaraq nisbətən fərqlənir. Lakin problemlərlə bağlı seçilən variantların faiz göstəricilərində müəyyən fərqlər mövcuddur. Məsələn, piyada xətlərindən yolu keçməyin təhlükəli olması avtobus istifadəçilərini ən çox narahat edən problemdirsə (44.6%), şəxsi avtomobil sürənlər üçün başlıca problem kimi yolların lazımi səviyyədə işıqlandırılmaması (48.1%) qarşıya çıxır.

Məmnuniyyət səviyyəsi

Respondentlərdən ictimai nəqliyyata dair müxtəlif komponentlər üzrə dəyərləndirmə aparmaqları da istənilib. Bu sualın nəticələri orta dəyər formasında ifadə edilib. 4 ballıq şkala üzrə aparılan qiymətləndirmədə 1 – ən aşağı, 4 - ən yüksək dərəcəli məmnuniyyəti ifadə edir.

BakuBus-a aid avtobuslardan istifadə edənlərin ən az məmnun qaldığı üç cəhət dayanacaqlarda quraşdırılmış monitorlarda verilən məlumatlar (1.78), sərnişinlərin sıxlıq dərəcəsi (1.80), karta vəsait yükləmək üçün ödəniş terminallarının yerləşməsi (1.98) ilə bağlıdır. Digər şirkətlərə aid avtobuslardan istifadə edənlərin ən az məmnun qaldığı üç cəhət isə bunlardır: dayanacaqlarda quraşdırılmış monitorlarda verilən məlumatlar (1.59), əlil arabası üçün xüsusi yerin olması (1.69) və COVID-19 əleyhinə gigiyena vasitələri ilə avtobusların təhciz olunma vəziyyəti (spirt) və sosial məsafənin təmin edilməsi (1.99). BakuBus üzrə avtobusun salonunun təmizliyi müsbət mənada diqqət çəkir (3.32).

Ödəniş forması

Rəyi öyrənilən avtobus istifadəçilərinin 65.7%-i istifadə etdiyi marşrut xəttində ödənişin kartla olduğunu bildirib. Hər üç istifadəçidən biri üçün ödəniş formasının əhəmiyyəti olmasa da, 57.6% respondent kartla ödənişin daha rahat olduğunu deyib. Beləliklə, bu nəticə bir daha kartla ödənişin mümkün olmadığı avtobuslarda terminalların quraşdırılması məsələsini aktuallaşdırır.

Piyada gəzmək üçün yaradılan şərait

Bütün seçmə üzrə hər üç nəfərdən biri yaşadığı ərazidə piyada gəzmək üçün yaradılan şəraitdən müxtəlif dərəcələrdə narazıdır (28.6%).

Park etmək

Müntəzəm olaraq avtomobil idarə edənlərdən park etmək üçün yer tapmağa adətən nə qədər vaxt sərf etdiyi də soruşulub. Beləliklə, sürücülərin bu işə hər dəfə ortalama olaraq 13 dəqiqə sərf etdikləri məlum olub (median = 10 dəqiqə).

Yerüstü parkinqlərin əksəriyyətinin ödənişsiz olması tez-tez rəsmilər tərəfindən bildirilsə də, rəyi öyrənilən əksər sürücülər (78%) bu və ya digər tezliklə yol nişanlarında parkinqin ödənişsiz olması göstərildiyi halda onlardan ödəniş tələb edilməsi halları ilə rastlaşır. Hətta 33.8% bunun həmişə baş verdiyini bildirib. Sürücülərin demək olar ki, yarısı (48.2%) ay ərzində 1-10 manat aralığındakı miqdarda parkinq üçün ödəniş edir. Nisbətən daha çox sürücü isə (56.2%) müxtəlif saylarda son 1 il ərzində dayanma-durma və parkinqə görə elektron protokolun tərtib edilməsi halları ilə rastlaşıb. Həmin sürücülərin 9.5%-i protokollardan birini, 5.9% ikisini və 3.5% isə üçünü əsassız hesab edir. Protokolu əsassız hesab edən 121 respondentin cəmi 24.8%-i bununla bağlı ən azı bir quruma şikayət edib.

Paylaş:
460

Son xəbərlər

Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58
Bütün xəbərlər