Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

Qafar Ağayev10:33 - 30 / 11 / 2021
Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

Paytaxtdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumatra görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər