Göygöldə bir neçə ildir cinayətlər törədən “fizika müəllimi” və dəstəsi ifşa edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə bir neçə ildir cinayətlər törədən “fizika müəllimi” və dəstəsi ifşa edilib - FOTO

Qafar Ağayev08:56 - 01 / 12 / 2021
Göygöldə bir neçə ildir cinayətlər törədən “fizika müəllimi” və dəstəsi ifşa edilib - FOTO

Göygöl Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə və vətəndaşlara məxsus əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayonun Çaykənd kənd sakini Elnur Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub.

Araşdırmalar zamanı məlum olub ki, həmkəndlisinə məxsus ümumi dəyəri 900 manat olan 7 baş keçini tanışı Səyyaf Məmmədovla birlikdə oğurlayan E.Hüseynov bundan başqa digər tanışı Qalib Məmmədovla birlikdə kənd sakininə məxsus ümumi dəyəri 3 000 manat olan 3 baş iri buyunuzlu mal-qaranı da oğurlayıb. Daha sonra həmin şəxslər rayonun Yeni Zod kənd sakinlərinə məxsus ümumi dəyəri 4 500 manat olan 3 baş iri buyunuzlu mal-qaranı oğurlayıblar. İstintaq zamanı E. Hüseynov və Q. Məmmədovun ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus, ümumi dəyəri 7 900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurlaması da məlum olub. Cari ilin avqust ayında 6 500 manatlıq iri buyunuzlu mal-qaranı oğurlayan şəxslər daha sonra tanışları Samir Məmmədovla qabaqcadan əlbir olaraq ümumi dəyəri 9 500 manat olan 5 baş iri buynuzlu heyvanları da gizli yolla talayıblar.

Araşdırmalar zamanı saxlanılan şəxslərdən E. Hüseynov və Q. Məmmədovun cari ilin aprel ayında rayonun Toğanalı kəndində yerləşən “Göyəzən” adlı kafeyə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etmək istəmələri, oğurlanacaq hər hansı bir dəyərli əşya tapmadıqda isə obyekti yandıraraq restoran sahibinə 45 000 manat dəyərində maddi ziyan vurduqları məlum olub. Sentyabr ayında isə həmin şəxslər daha bir anoloji cinayət hadisəsi törədərək kənddə yerləşən mağazadan ümumi dəyəri 1 100 manat olan müxtəlif malları oğurladıqdan sonra mağazanı və mağazaya bitişik evi yandıraraq vətəndaşa ümumilikdə 95 000 manat dəyərində maddi ziyan vurublar.

Sonuncu olaraq saxlanılan şəxlərin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman Q. Məmmədovun evindən 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, həmin avtomata məxsus 2 ədəd daraq və 58 ədəd avtomat gülləsi aşkar edilərək götürülüb.

Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı, Göygöl rayon Çaykənd kənd məktəbində fizika müəllimi işlədiyini bildirən E.Hüseynov və digər şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.

Faktla bağlı Göygöl RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
508

Son xəbərlər

Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58
Bütün xəbərlər