Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan təşkilatların adları açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan təşkilatların adları açıqlanıb

S.Xankişiyeva14:48 - 02 / 12 / 2021
Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan təşkilatların adları açıqlanıb

"BMT-nin Sivilizasiyalar alyansı və ICESCO Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulub. Biz bu gün öyrəndik ki, digər təşkilatlar da təşəbbüsə maraq göstərir. O cümlədən, Beynəlxalq Türk Mədəniyyət Fondu da bu təşəbbüsə qoşulmaq istəyir".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, təşəbbüsün məqsədi postkonflikt vəziyyətlərindən sonra mədəniyyətin dirçəlməsi və qorunması üçün davam sülhün təmin edilməsidir: "Davamlı sülh olduğu yerdə davamlı inkişaf olur. Mədəniyyət canlanır və inkişaf edir. Qarabağda da məhz bunu istəyirik. Artıq 3 beynəlxalq təşkilat təşəbbüsü dəstəkləyir. Prezident İlham Əliyev də bu ideyaya böyük dəstək verir. Bu ideyanın gerçəkləşməsi üçün ayrıca maliyyə də ayrılıb. İndi isə planımız tərəfdaş təşkilatlarla 5 illik fəaliyyət planı tərtib etməkdir. 5 il ərzində bu ideyanın kağızda yox, əməldə icra edilməsinə nail olmaq istəyirik".

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər