Lənkəranda “Qırmızı Kitab”a düşmüş ağaclar kəsilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda “Qırmızı Kitab”a düşmüş ağaclar kəsilib - FOTO

Qafar Ağayev10:35 - 02 / 12 / 2021
Lənkəranda “Qırmızı Kitab”a düşmüş ağaclar kəsilib - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan 3 ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyini aşkar ediblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Aparılan araşdırmalarla həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən edilib. Həmin şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər