Azərbaycanda şagirdlər dərs vaxtı bir-birini bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda şagirdlər dərs vaxtı bir-birini bıçaqladı

10:49 - 03 / 12 / 2021
Azərbaycanda şagirdlər dərs vaxtı bir-birini bıçaqladı

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

1news.az APA-ya istinadən bildirir ki, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.

2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.

Faktla bağlı araşdırmalara başlanıb.

1news.az

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər