Buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyona çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyona çatır

S.Xankişiyeva16:43 - 04 / 12 / 2021
Buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 832 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 346 , buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 675 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 095 524, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 588 915, buster doza üzrə vaksinasiya olunanların sayı isə 991 210 təşkil edir.

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər