Buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyonu keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyonu keçdi

S.Xankişiyeva16:44 - 07 / 12 / 2021
Buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 926 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 737 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 739 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 103 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 597 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 037 909 təşkil edir.

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər