Ötən gün ictimai yerlərdə 12 koronavirus xəstəsi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün ictimai yerlərdə 12 koronavirus xəstəsi aşkarlanıb

09:47 - 07 / 12 / 2021
Ötən gün ictimai yerlərdə 12 koronavirus xəstəsi aşkarlanıb

Dekabrın 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

1news.az

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər