Gəncədə qadın taksi sürücüsünü bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qadın taksi sürücüsünü bıçaqlayıb

12:54 - 07 / 12 / 2021
Gəncədə qadın taksi sürücüsünü bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Yanacaqdoldurma məntəqəsində xadimə işləyən 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Əmrahovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G. Məmmədovanın V. Əmrahovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.

Polis faktla bağlı araşdırmaya başlayıb.

1news.az

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər