Boşanmaları doğuran səbəblər: Cəmiyyət, valideynlər, yoxsa internet? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
Son illər cəmiyyətdə boşanmalar adi hal alıb. Əvvəllər daha çox mühafizəkar formada yanaşılan ailə qaydaları, qurulan ailənin əbədi olması kimi dəyərlər artıq yoxa çıxıb.
Hətta ailə quran valideynlərin “qızım kəfənin ancaq ər evindən çıxa bilər ”, yaxud “ailə oyuncaq deyil oğul, ildə biri ilə qurula” kimi sərt təpkilər də artıq heç bir məna kəsb eləmir. Bu məsələlərin kökündə şəxsin özündən asılı olan, olmayan çox səbəblər dayanır.
Bəs, səbəb nədir: Cəmiyyət, valideynlər, yoxsa internet?
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Boşanmaları doğuran səbəblər: Cəmiyyət, valideynlər, yoxsa internet?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Sima Yaqubova - Mediator, Mediasiya Şurasının və Vəkillər Kollegiyasının üzvü, Əfsanə Rüstəmova - ailə və uşaq psixoloqu, Fariz Əkbərov - "Azərbaycan Uşaqları Birliyi" nin hüquqşünası, AQUPDK-nın yanında ictimai şuranın üzvü və Ayyət Əhməd - "Şərq" qəzetinin redaktoru mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: