Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi

S.Xankişiyeva15:07 - 09 / 12 / 2021
Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi

Ölkədə geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verilib.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.

"Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək", - məlumatda deyilir.

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər