“Lufthansa” Bakıya birbaşa reysləri bərpa edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Lufthansa” Bakıya birbaşa reysləri bərpa edib

Qafar Ağayev13:32 - 10 / 12 / 2021
“Lufthansa” Bakıya birbaşa reysləri bərpa edib

Uzun fasilədən sonra “Lufthansa” aviaşirkəti Bakıya Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa müntəzəm reyslərini bərpa edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan 1news.az-a verilən məlumata görə, bu ilin yayınadək reyslər Tbilisi hava limanında qısamüddətli dayanmaqla yerinə yetirilirdi. Noyabr ayından başlayaraq aviaşirkət yenidən Bakıdan Frankfurta və geriyə birbaşa müntəzəm reyslər təklif edir. Aviaşirkət öz sərnişinlərinə həftədə 4 reysədək təklif edir –bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri Bakıdan uçuş saat 04:45-də və çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri Bakıya gəliş saat 21:30-da həyata keçiriləcək.

Təyyarə tipi – "Airbus A320", iki xidmət sinfi mövcuddur: biznes və ekonom siniflər.

"Biz, “Lufthansa Group” aviaşirkətləri uçuşlarımızın coğrafiyasını tədricən genişləndiririk və Azərbaycandan olan müştərilərimizə yenidən Bakıdan Frankfurta və daha sonra bütün dünyaya birbaşa müntəzəm reysləri təklif etməyə şadıq. Biz, həmçinin Bakı-Frankfurt marşrutunun gələcək inkişafına nikbin baxır və müştərilərimizi hava gəmilərimizdə yenidən salamlamaq imkanını səbirsizliklə gözləyirik”, - “Lufthansa Group”un Ukrayna, Belarus, Türkmənistan və Cənubi Qafqaz üzrə baş direktoru Karsten Tsanq bildirib.

“COVID-19 pandemiyasının başlanmasınadək Avropanın ən böyük qovşaqlarından biri olan Frankfurta birbaşa müntəzəm reyslər yerinə yetirən “Lufthansa” aviaşirkəti bizim çoxillik tərəfdaşımızdır. Biz şadıq ki, istər Azərbaycanda, istərsə də Almaniyada uğurlu peyvəndləmə proqramları sayəsində və karantin məhdudiyyətlərinin tədricən yumşalması nəticəsində sərnişinlərə bu tələb olunan istiqaməti yenidən təqdim edə biləcəyik”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

Paylaş:
363

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər