Astarada 5 uşaq atası özünü güllələyərək intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada 5 uşaq atası özünü güllələyərək intihar edib

S.Xankişiyeva15:06 - 10 / 12 / 2021
Astarada 5 uşaq atası özünü güllələyərək intihar edib

Astara sakini intihar edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə rayonun Siyəku kəndində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü İlham Allahverən oğlu Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq intihar edib.

Hadisə zamanı o, evdə tək olub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Teymurov 5 uşaq atasıdır.

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər