Tərtər məktəbində baş verən hadisə araşdırılır - DİN | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtər məktəbində baş verən hadisə araşdırılır - DİN

S.Xankişiyeva15:50 - 10 / 12 / 2021
Tərtər məktəbində baş verən hadisə araşdırılır - DİN

Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxslər tərəfindən Tərtərdə məktəbə hücum edilməsi hadisəsinə münasibət bildirib.

1news.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən məlumat əsasında Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

“Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən qeyd edilib.

Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, naməlum şəxslər tərəfindən məktəbin bir sıra otaqları, avadanlıqlar dağıdılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Tərtərdə məktəbə hücum olub - FOTO - VİDEO

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər