Tovuz sakinindən narkotik vasitələr aşkarlanaraq götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz sakinindən narkotik vasitələr aşkarlanaraq götürülüb

Qafar Ağayev17:30 - 10 / 12 / 2021
Tovuz sakinindən narkotik vasitələr aşkarlanaraq götürülüb

Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov şübhəli şəxs qismində Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, axtarış zamanı ondan 42 qramdan artıq heroin, 27 qramdan çox metamfetamin və 30 ədəd metadon aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər