Hamamların fəaliyyətinə icazə verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hamamların fəaliyyətinə icazə verilir

S.Xankişiyeva11:26 - 11 / 12 / 2021
Hamamların fəaliyyətinə icazə verilir

Dekabrın 13-dən Azərbaycanda hamamların fəaliyyət göstərməsinə icazə verilir.

1news.az-ın verdiyi xəbərə görə, bu, Nazirlər Kabineti xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

Mövzu ilə əlaqədar oxuyun:

Xüsusi karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər