COVID-19 infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir

S.Xankişiyeva17:45 - 13 / 12 / 2021
COVID-19 infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir.

1news.az-ın koronavirus.info-ya istinadla verdiyi xəbərə görə, COVID-19-a yoluxanların 22 faizi 30-39 yaşlı vətəndaşlardır.

Məlumata əsasən, infeksiya ilə yoluxmaların 3 faizi 0-9 yaş, 8 faizi 10-19 yaş, 15 faizi 20-29 yaş, 22 faizi 30-39 yaş, 15 faizi 40-49 yaş, 16 faizi 50-59 yaş, 14 faizi 60-69 yaş, 5 faizi 70-79 yaş aralığında, 2 faizi isə yaşı 80-dən yuxarı olanlardır.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 min 135 nəfər müalicə olunaraq sağalıb, 8 min 104 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 759 nəfərdir.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər