Qazaxda bir ailənin 4 üzvü zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda bir ailənin 4 üzvü zəhərlənib

S.Xankişiyeva09:07 - 13 / 12 / 2021
Qazaxda bir ailənin 4 üzvü zəhərlənib

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

1956-cı il Mustafayeva Şayətə Məhəmməd qızı, 1987-ci il təvəllüdlü Ələkbərova Şəlalə Mehdi qızı, 2014-cü il təvəllüdlü Qorçulu Şayəstə Niftalı qızı, 2016-cı il təvəllüdlü Qorçulu Nərgiz Niftalı qızı, 2020-ci il təvəllüdlü Qorçulu Zahid Niftalı oğlu və 1984-cü il təvəllüdlü Nəsibova Sübhanə Naqif qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, onlar pomidor turşusundan zəhərləndiyi ehtimal edilir.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər