Moped sürücülərinin NƏZƏRİNƏ: 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulur | 1news.az | Xəbərlər
Cəmiyyət

Moped sürücülərinin NƏZƏRİNƏ: 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulur

Qafar Ağayev13:46 - 14 / 12 / 2021
Moped sürücülərinin NƏZƏRİNƏ: 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulur

Azərbaycanda son vaxtlar kiçik həcmli motora malik mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər videolar paylaşılır, müzakirələr aparılır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli 1news.az-ın sorğusuna cavab olaraq bildirib ki, mopedlərin (50 kub santimetrə qədər motor həcmi olan nəqliyyat vasitələri) idarə olunması üçün sürücülük hüququ, həmçinin, onların dövlət qeydiyyatına alınması barədə hallar bu günə qədər tətbiq olunan qanunvericilikdə əksini tapmayıb:

“Vətəndaşların son vaxtlar bu növ nəqliyyat vasitələrindən istifadəsi isə ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmli olmasına və yollardakı avtomobil sıxlığının aradan qaldırılmasına öz töhfəsini verəcək. Buna baxmayaraq, məsələ ilə bağlı vətəndaşlarda haqlı narazılıq və narahatlıq yaradan səbəblər də az deyil. Bu cür vasitələrə törədilmiş qəzaları, eləcə də qayda pozuntularını xüsusi texniki vasitələrlə aşkar etmək mümkünsüzdür".

Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” yeni qanun layihəsində irəli sürülən təkliflər qısa zamanda öz həllini tapacaq və bu növ nəqliyyat vasitələrini idarə edənlərin məsuliyyəti daha da ciddiləşəcək.

Araz Əsgərli qeyd edib ki, hərəkətin digər iştirakçıları kimi təsisatlaşdırılmış mopedlər, velosipedlər, skuterlər, yeni nəsil nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı məsələ mövcud qanunvericilikdə əks olunmasa da, yeni qanunvericilikdə həllini tapacaq məsələlər siyahısındadır.

O, bu növ vasitələrindən idarə edən şəxslərə müraciət edərək hərəkət iştirakçısı kimi digər vətəndaşların da hüquqlarına hörmətlə yanaşmağa və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

DYP əməkdaşı bildirib ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yol-patrul xidməti əməkdaşları tərəfindən hərəkətin digər iştirakçıları qismində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçıları qismində olan şəxslərə müvafiq hallara uyğun olaraq 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulur.

Paylaş:
1336

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər