Sabirabad sakini Ağsuda qətlə yetirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabad sakini Ağsuda qətlə yetirildi - FOTO

Qafar Ağayev10:09 - 14 / 12 / 2021
Sabirabad sakini Ağsuda qətlə yetirildi - FOTO

Ağsuda qətl hadisəsi baş verib.

Ağsu rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər