Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən layihə çərçivəsində Şuşada kütləvi ağacəkmə aksiyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən layihə çərçivəsində Şuşada kütləvi ağacəkmə aksiyası keçirilib - FOTO

Qafar Ağayev10:40 - 14 / 12 / 2021
Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən layihə çərçivəsində Şuşada kütləvi ağacəkmə aksiyası keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi uğurla davam etdirilir.

IDEA İctimai Birliyindən 1news.az-a verilən məlumata görə, 13 dekabr tarixində gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər. Bununla yanaşı, səfər zamanı gənclərin iştirakı ilə “Qarabağı qoru” şuarı altında kütləvi ağacəkmə aksiyası keçirilib.

Məlum olduğu kimi, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların Ermənistan tərəfindən 30-illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulmuşdur. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmaqdadır.

Bu tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən Sözügedən ekoloji qiymətləndirmə layihəsinə start verilmişdir.

Şuşa ilə yanaşı, lahiyə çərçivəsində gənclər həmçinin Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan və Ağdam rayonlarına səfər ediblər.

Qeyd edilməlidir ki, layihədə iştirak üçün təbiət elmləri sahəsində təhsili olan və bu sahədə fəaliyyət göstərən 300-dən çox gəncdən müraciətlər daxil olmuş, onlardan 60 nəfər müsahibə əsasında seçilmişdir. Araşdırmalar 6 əsas istiqamət, o cümlədən bioloji müxtəliflik, su ehtiyyatları, meşələrin qorunması, hidrometeoroloji və monitorinq xidməti, topoqrafiya və xəritəçəkmə və geologiya üzrə aparılır.

Layihənin gənc iştirakçıları ekoloji qiymətləndirilmə və monitorinq üzrə bilik və təcrübələrini artırmaq, eyni zamanada azad olunmuş ərazilərdə bərpa və mühafizə işlərinə töhfə vermək imkanı əldə edəcəklər.

Paylaş:
308

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər