Ötən sutka koronavirus əleyhinə nə qədər vaksin vurulub? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka koronavirus əleyhinə nə qədər vaksin vurulub? - STATİSTİKA

Qafar Ağayev16:41 - 15 / 12 / 2021
Ötən sutka koronavirus əleyhinə nə qədər vaksin vurulub? - STATİSTİKA

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 356 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 520, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 286, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 550 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 960 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 128 454, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 626 667, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 205 114 təşkil edir.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər