Su kollektorunda skeleti tapılan şəxsi kimin öldürdüyü bəlli olub - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Su kollektorunda skeleti tapılan şəxsi kimin öldürdüyü bəlli olub - TƏFƏRRÜAT

Qafar Ağayev10:27 - 17 / 12 / 2021
Su kollektorunda skeleti tapılan şəxsi kimin öldürdüyü bəlli olub - TƏFƏRRÜAT

Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilmiş və bağlı qalmış cinayətlərin açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasıdır.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyindən 1news.az-a verilən birgə məlumata görə, həmin tədbirlər çərçivəsində, 1997-ci il təvəllüdlü Əlyarov Tərxan Rüstəm oğlunun 22 sentyabr 2018-ci ildə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işinin prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilib.

Belə ki, istintaqla müəyyən edilmişdir ki, Rafael Cəfərov 22 sentyabr 2018-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayan qonşusu Tərxan Əlyarov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəfildən onun alın-qaş nahiyyəsinə yumruqla güclü zərbə vurmuş, daha sonra özü ilə gətirdiyi deşici-kəsici xüsusiyyətə malik bıçağa bənzər alətlə Tərxan Əlyarovu qəsdən öldürmək məqsədilə onun sol yuxarı sinə nahiyyəsi istiqamətində ardıcıl zərbələr endirmiş, yetirdiyi xəsarətlərdən Tərxan Əliyarovun öldüyünə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədilə sonuncunun meyitini təxminən 10-15 metr çiynində daşıyaraq həmin vaxt dərinliyi 4 metr olan içərisi su ilə dolu kollektora atmış, əlindəki bıçağı və Tərxan Əlyarova məxsus iki ədəd mobil telefonu məhv etmək məqsədilə kanala atmışdır.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin kollektora baxış keçirilərkən üzərində xətti sınıq olan bir ədəd kəllə və 7 ədəd qabırğa skelet sümükləri aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüş, eyniləşdirilmə aparılması üçün müvafiq ekspertiza təyin edilmiş və aşkar edilmiş sümüklərin Tərxan Əlyarova məxsus olması müəyyən edilib.

Eyni zamanda, su kanalından aşkar edilərək götürülmüş bıçaq müvafiq ekspertizaya təqdim olunmuş və tədqiqatın nəticəsinə görə cinayətin məhz həmin alətlə törədilməsi müəyyən edilmişdir.

Toplanmış kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10 (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan edilmişdir.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
375

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər