Zəngilana yeni prokuror təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilana yeni prokuror təyin olundu

11:03 - 17 / 12 / 2021
Zəngilana yeni prokuror təyin olundu

Zəngilan rayonuna yeni prokuror təyin olunub.

1news.az-ın məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

1news.az

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər