Türkiyəli general şəhid Fərid Ələkbərovun evini ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyəli general şəhid Fərid Ələkbərovun evini ziyarət edib

S.Xankişiyeva15:02 - 18 / 12 / 2021
Türkiyəli general şəhid Fərid Ələkbərovun evini ziyarət edib

Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın şəhid mayor Fərid Ələkbərovun evində olub və şəhidin anası ilə səmimi söhbət edib.

1news.az-ın verdiyi xəbərə görə, Zəkəriyyə Yalçın söhbət zamanı Fərid Ələkbərovun qəhrəmanlıqları barəsində Türkiyədə də çox məlumatlı olduğunu şəhid anasının nəzərinə çatdırıb və ona öz təşəkkürünü bildirib.

Görüşdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb.

Qeyd edək ki, Şəhid mayor F.Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1996-cı ildə Türkiyədə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Daha sonra isə Fərid Türkiyənin İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olaraq buranı da müvəffəqiyyətlə bitirib. Həmçinin 2005-ci ildə Polatlı Topçu Məktəbini də fərqlənmə diplomu ilə başa vurub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, daha sonra isə Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Xankəndi istiqamətindəki döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almasına baxmayaraq döyüşü davam etdirib. Döyüş zamanı Fərid Ələkbərov düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında böyük rol oynayıb. Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə mayor Fərid Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Paylaş:
362

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər