Sabirabadda evini tərk edən COVID-19 xəstəsi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda evini tərk edən COVID-19 xəstəsi aşkarlanıb

S.Xankişiyeva09:55 - 18 / 12 / 2021
Sabirabadda evini tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Türkədi kənd sakini Kənan Qasımovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar RPŞ-də araşdırmalar aparılır.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər