Nazir müavini: 2 milyondan artıq vətəndaş sosial islahatlardan bəhrələnəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: 2 milyondan artıq vətəndaş sosial islahatlardan bəhrələnəcək

11:51 - 20 / 12 / 2021
Nazir müavini: 2 milyondan artıq vətəndaş sosial islahatlardan bəhrələnəcək

Sosial islahatların aparılması üçün ötən həftə və bu həftə imzalanmış fərman və sərəncamlardan 2 milyondan artıq vətəndaş bəhrələnəcək.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamsında deyib.

"Bu qərarlar sosial islahatların davamı olacaq və Azərbaycanda əhalinin həssas qruplarının sosial rifahinin yüksəldilməsinə xidmət edəcək", - deyə A.Kərimov qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılması haqqında Fərman və Sərəncamlar imzalayıb. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər