Nazir məktəblərdə pul yığılmasından danışdı
“Məktəblərdə pulun yığılması təbii ki, qeyri-qanuni haldır” .
1news.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezidentin təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə deyib.
“Azərbaycanda icbari təhsil pulsuzdur. Hələ mən məktəbdə oxuyanda pul yığılması ilə bağlı hallarla qarşılaşırdıq. Bu, bizim cəmiyyətin xroniki problemidir” .
Nazir bildirib ki, Valideyn-Müəllim assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil.
"Bu, ictimai qurumdur. Bu birliklərin yaradılması əslində faydalıdır. Ancaq qanunsuzluq varsa, valideyn ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur".
414